Caberi Ənsari siyasi münaqişələrin dialoq yolu ilə həllini vurğulayıb
-
Caberi Ənsari siyasi münaqişələrin dialoq yolu ilə həllini vurğulayıb
İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini vurğulayıb ki, regionda müxtəlif siyasi və sosial cərəyanlar arasındakı ixtilaflar və qarşıdurmaların həll yolu, razılaşma, eləcə də səmərəli və ciddi dialoqlardır.
IRNA-nın məlumatına görə, Hüseyn Caberi Ənsari dünən axşam çağı Beyrutda Livanın baş naziri Səəd Əlhəriri ilə görüşərək, onunla qarşılıqlı əməkdaşlıq və münasibətlərin bütün sahələrdə, o sıradan iqtisadi sahədə genişləndirilməsi yolları barədə danışıb.
Ənsari bu görüşdən sonra müxbirlər qarşısında ümidvarlıq edib ki, Səəd Əlhəririnin baş nazirliyi dövrünün və bu ölkənin yeni hökumətinin işə başlaması Livanın ictimai, siyasi və iqtisadi həyatına müsbət təsir göstərməkdən əlavə, region səviyyəsində müsbət təsirlərə malik olacaq və müxtəlif sahələrdə Tehran-Beyrut həmkarlıqlarının yeni mərhələsi başlanacaq.
İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini sonra belə qeyd edib: Livanın son iyirmi ildə ümumi regional və beynəlxalq atmosfer üzərindəki ən mühüm təsirlərindən biri, sionist rejimin işğalçılığı, ekspansianizmi və tamahkarlıqları qarşısındakı təsirli və fəal müqaviməti olubdur.