Dek 24, 2016 18:12 Asia/Baku
  • Laricani sülhün gücləndirilməsi üçün bütün dünya ölkələrinin anlaşmalarının vacibliyini vurğulayıb

İran İslam Şurası Məclisinin sədri dünya ölkələrinin parlament sədrlərinə ünvanladığı müraciətdə bildirib: İran parlamenti sülhün gücləndirilməsi üçün müştərək əməkdaşlığa hazırdır.

İRNA-nın məlumatına görə, İran parlamentinin sədri Əli Laricani şənbə günü dünya ölkələrinin parlamen sədrlərinə ünvanladığı müraciətdə əlavə edib: İlahi peyğəımbərlərin təlimləri bəşər cəmiyyətlərində sülh, ədalət və doğruluğun müjdəsini verir. Hazırkı dünya hər zamankından daha çox bu məsələyə ehtiyaclıdır.

Laricani bu müraciətdə Həzrət İsanın (ə) viladətinin gəlib çatması və yeni milad ili münasibəti ilə parlament sədrlərini təbrik edib: Həzrət İsa (ə) kimi böyük peyğəmbərlərin ali amalları və məqsədlərinə nail olmaq üçün ilahi dinlərin ardıcıllarının dialoqu prinsipinin öncüllüyü zərurət təşkil edir.

İran parlamenti sədrinin müraciətində parlamentlərdə sülühn gücləndirilməsi məqsədilə anlaşma üçün xalqların nümayəndələrinin önəmli rolu vurğulanmışdır.

Teqlər