İran silahlı qüvvələrinin qüdrət nümayişi
Vilayət Səması Müdafiəçiləri 7 təlimlərinin sözçüsü deyib ki, İran İslam Respublikası silahlı qüvvələrinin, xüsusən hava hücumundan müdafiə qüvvələrinin region və dünyadakı qüdrətinin nümayişi bu manevrin keçirilməsinin ən mühüm hədəfidir.
IRIB-nin məlumatına görə, Vilayət Səması Müdafiəçiləri 7 manevrinin sözçüsü general-mayor Abbas Fərəcpur Ələmdari dünən gecə İranın 1-ci telekanalı ilə müsahibədə bu manevri İranın hava hücumundan müdafiə üzrə bütün amilləri arasında lazımi koordinasiyanın yaradılması və həmrəylik üzrə təlim-məşq adlandırıb.
Fərəcpur bildirib ki, bu təlim-məşqlərdə minimum 17 min nəfər iştirak edir. O, əlavə edib: Böhran və xas şəraitdə hava hücumundan müdafiə üzrə əsas bölmələrin taktiki müstəqilliyinin məşqi və mindən çox nöqtədə müdafiə sistemlərinin dəyərləndirilməsi manevrin digər məqsədlərindəndir.
General-mayor Fərəcpur elektron sistemlərin qabiliyyəti, hücum xarakterli elektron müharibə qüdrətinin dəyərləndirilməsi, aktiv və passiv müdafiə tərkibli əhatəli müdafiənin icrasının Vilayət Səması Müdafiəçiləri 7 təlimlərinin digər proqramlarından olduğunu bildirib.
Vilayət Səması Müdafiəçiləri 7 manevrinin sözçüsü İranın yeni hərbi nailiyyətlərindən biri kimi, Fars Körfəzinin mərkəzində yerləşən Xark adasında yerli Mersad raketinin atılmasından xəbər verib. O, İranın hərbi nailiyyətləri sırasından S-200 sistemi və modern elektron müharibə sistemlərinin yenilənməsinə işarə edib.
Vilayət Səması Müdafiəçiləri 7 təlimləri bazar ertəsi günü İranın cənub və cənub-qərb ümumi məntəqəsində başlanıb.
Bu manevr beş gün ərzində keçirilir.