Bu gün Naxçıvan-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayacaq
https://azeri.sahartv.ir/news/İran-i253483-bu_gün_naxçıvan_məşhəd_sərnişin_qatarı_fəaliyyətə_başlayacaq
İranın Dəmiryolu Şirkətinin sədr müavini bu gündən etibarən Naxçıvan-Məşhəd və əks istiqamətdə sərnişin qatarının fəaliyyətə başlayacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2016 05:50 Asia/Baku
  • Bu gün Naxçıvan-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayacaq
    Bu gün Naxçıvan-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayacaq

İranın Dəmiryolu Şirkətinin sədr müavini bu gündən etibarən Naxçıvan-Məşhəd və əks istiqamətdə sərnişin qatarının fəaliyyətə başlayacağından xəbər verib.

IRIB-nin məlumatına görə, İranın Dəmiryolu Şirkətinin sədr müavini dünən deyib: Naxçıvan-Məşhəd sərnişin qatarının işə salınması mərasimi cümə axşamı günü İran və Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə Naxçıvan dəmiryolu stansiyasında keçiriləcək.

Musəvi bildirib ki, bu ekspres qatar Culfa, Təbriz, Zəncan, Tehran, Şahrud və Məşhəddən keçəcək. O, əlavə edib: Naxçıvan-Məşhəd reysi İranın Dəmiryolu Şirkətinin proqramlarında sabit şəkildə yer aldıqdan sonra sərnişinlər hər çərşənbə axşamı günləri bu xətdən istifadə edərək, Naxçıvana doğru hərəkət edə və cümə günü İrana geri dönə bilərlər.

İranın Dəmiryolu Şirkətinin sədr müavini vurğulayıb: Naxçıvan-Məşhəd dəmiryolu xətti İran və Azərbaycan Respublikası prezidentlərinin razılığı çərçivəsində icra olunur ki, ziyarət hədəflərindən əlavə, turizm sənayesinin inkişafına, eləcə də İranın digər şəhərlərinə çıxmaq məqsədilə naxçıvanlı müsafirlər üçün imkanın yaradılmasına səbəb olacaq.