Dek 30, 2016 10:22 Asia/Baku
  • Zərif və Lavrov Suriyada atəşkəsin bərpa olunmasını alqışlayıb
    Zərif və Lavrov Suriyada atəşkəsin bərpa olunmasını alqışlayıb

İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri Suriyada atəşkəsin bərpa olunmasını müsbət qarşılayıblar.

Sergey Lavrov və Məhəmməd Cavad Zərif telefon söhbətində terrorizm, o cümlədən İŞİD, Ən-Nüsrə Cəbhəsi (Fəthuş-Şam) və onlara bağlı terror qruplaşmalarla mübarizənin davam etməsini vurğulayıblar. 

İran və Rusiya xarici işlər nazirləri razılaşıblar ki, İran, Rusiya və Türkiyənin üçtərəfli əməkdaşlığı çərçivəsində Qazaxıstanın Astana şəhərində Suriya hökuməti və müxaliflərinin danışıqlarının keçirilməsi üçün koordinasiya və məsləhətləşmələr davam etdirilsin. 

Teqlər