Zərif-Əl-Muəllim görüşündə son Suriya hadisələri araşdırılıb
İran və Suriyanın xarici işlər nazirləri Suriya xalqına humanitar yardımların göndərilməsi və davamlı atəşkəs xüsusiyyət təşkil etməklə bu ölkən son hadisələrini araşdırıblar.
İranlı və suriyalı rəsmilərin ardıcıl məşvərətləri çərçivəsində şənbə günü Tehrana daxil olmuş Suriyanın xarici işlər naziri Vəlid Əl-Muəllim İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Bu görüşdə Suriyada sülhün bərqərarı və danışıqlar üçün irəli sürülmüş siyasi təşəbbüslər və terror qrupları ilə mübarizə barədə fikir mübadiləsi aparılıb.
Suriyanın xarici işlər naziri İran Milli Təhlükəsizlik Ali Şurasınn katibi Əli Şəmxani daxil olmaqla digər iranlı rəsmilərlə də görüşməlidir.
Suriyanın xarici işlər nazirİ Vəlid Əl-Muəllim və bu ölkənin milli təhlükəsizlik orqanının rəisi Əli Məmluk iranlı rəsmilərlə danışıqlarda hədəfi, Suriya olayları adlandırıb.
İran, Rusiya və Suriyanın ardıcıl məşvərətlərilə Suriya olayları yeni bir istiqamətdə qərar tapıbdır.
Hələbin azad edilməsi Suriyada terrorçulara və onların himayədarlarına ağır zərbə vurub və bu ölkənin siyasi parametrlərini dəyişibdir.
Belə bir halda, cümə günü Suriya ordusu ilə İŞİD və Cibhətunnusrə terror qrupları çıxılmaq şərtilə suriyalı silahlı müxaliflər arasında atəşkəs həyata keçdi.