İran Bağdad və İstanbul hücumlarını pisləyib
-
İran Bağdad və İstanbul hücumlarını pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bağdadda törədilmiş partlayışları və İstanbulda əhaliyə qarşı silahlı hücumu pisləyib.
İran Xarici İşlər Nazirliyinin Baş Diplomatiya İdarəsinin məlumatına görə, Bəhram Qasemi İraq və Türkiyənin dövlətləri, xalqları, eləcə də hadisədə ölənlərin ailələrinin kədərləri ilə bölüşərək, deyib: Zorakılıq və terrorizmdən bir vasitə kimi istifadə, eləcə də onun qarşılığında ikili standartların tətbiqi səbəb olub ki, bütün coğrafi, siyasi, əxlaqi və dini sərhədləri keçmiş beynəlxalq səviyyəli bu bəla hələ də öz həyatını davam etdirmiş olsun.
Qasemi bu fenomenlə yeganə mübarizə yolunu bütün ölkələrin zorakılıq və terrora qarşı birliyi və əzmkarlığı adlandırıb və ümidvarlıq edibdir ki, bütün dövlətlər və xalqların sayıqlığı və əzmkarlığı ilə ərəfəsində olduğumuz ildə terrorizm və zorakılıq olmayan bir dünyanın şahidi olacağıq.
Şənbə günü gecə yeni milad ili ərəfəsində üç silahlı hücumçu Türkiyənin İstanbul şəhərindəki gecə klublarından birinə daxil olduqdan sonra atəş açmağa başlayıb. Nəticədə bir polis daxil olmaqla 39 nəfər ölüb, azı 69 nəfər də yaralanıbdır.
İraqın paytaxtı Bağdad da şənbə günü bir neçə terror partlayışının şahidi olub. Nəticədə azı 28 nəfər ölüb, 54 nəfər də yaralanıbdır.
İŞİD terror qrupu Bağdadda baş vermiş iki terror partlayışının məsuliyyətini üzərinə götürübdür.