Yan 01, 2017 16:29 Asia/Baku
  • Səudların iddiası rədd olunub
    Səudların iddiası rədd olunub

İranın Həcc və Ziyarət Təşkilatının sədri səudların gələn həcc mərasimində iştirak üçün İrana dəvətnamənin göndərilməsinə dair iddiasını rədd edib.

Ərəbistanın həcc və ümrə naziri Muhəmməd Bəntən cümə axşamı günü bildirib ki, Ərriyad İranın Həcc və Ziyarət Təşkilatının nümayəndə heyətini həcc mərasiminin keçirilməsi üzrə koordinasiya iclaslarında iştiraka dəvət edibdir.

İranın Həcc və Ziyarət Təşkilatının sədri Həmid Muhəmmədi bazar günü IRIB ilə müsahibdə vurğulayıb ki, gələn həcc mərasimi üçün Ərəbistan tərəfindən dəvətnamə göndərilməyibdir.

O, deyib: İranın Həcc və Ziyarət Təşkilatı və İslam İnqilabının Böyük Rəhbərinin Besəsi var gücü ilə həcc yolunun açılmasının ardıncadır.

Muhəmmədi əlavə edib: İran-Ərəbistan siyasi əlaqələrinin kəsilməsi İranın Ərriyadakı səfirliyi və Ciddədəki konsulluğunun bağlanması ilə nəticələnib və əgər Ərəbistan dövləti iranlı zəvvarların izzəti, ləyaqəti və təhlükəsizliyinə zəmanət verən şərtləri yerinə yetirərsə, İran gələn həcc mərasimində iştirak edəcək.

Ötən il Ali-Səudun ləyaqətsizliyinə və digər dəlillərə, o sıradan Ərəbistan dövlətinin sabotajına görə, 477 iranlı zəvvar daxil olmaqla yeddi mindən çox zəvvar Məkkə və Mina faciələrində həyatını itirdi.

Səudlar bu il də puç dəlillərə görə, İran və Suriya daxil olmaqla bəzi islami ölkələrin zəvvarlarının İbrahim(ə) həcci mərasimində iştirakını əngəllədilər.

Teqlər