Yan 02, 2017 10:59 Asia/Baku
  • ran İslam Respublikası prezidenti Həsən Ruhani
    ran İslam Respublikası prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti İranın regiondakı önəmli və xüsusi rolunu vurğulayaraq xatırladıb: Hazırda bir çox ölkə İran İslam Respublikasının regionun stabilliyi və təhlükəsizliyindəki təsirli rolunu etiraf edir.

İRİB-in məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü gecə canlı televiziya çıxışında İranın gündəmində duran önəmli məsələləri və hökumətin müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdəki addımları ilə bağlı məlumat verərək regional və beynəlxalq önəmli məsələlər barədə danışıb. 

Ruhani İranın regionda izlədiyi ilk məqsədin stabillik və təhlükəsizlik olduğuna toxuanraq deyib: Əgər region ölkələri inkişaf etmək istəyirlərsə, stabillik və təhlükəsizlikdən başqa yol yoxdur. 

İran İslam Respublikası prezidenti bir ölkənin digər ölkəyə qarşı de-stabillik, vətəndaş müharibəsi və təcavüzünün çox təhlükəli ola biləcəyini deyərək əlavə edib: Terrorizm region və dünya üçün böyük bir təhlükədir. 

Ruhani İranın regiondakı ikinci məqsədini terrorizmlə mübarizə adlandırıb və bildirib: İran İslam Respublikası terrorizmlə mübarizədə kömək istəyən hər bir ölkə, o cümlədən İraq və Suriyaya kömək edəcək. 

İran prezidenti həmçinin regionda coğrafi sərhədlərin dəyişilməməsini İran İslam Respublikasının digər məqsədlərindən biri adlandırıb və xatırladıb: Bir qrup Suriya, İraq və Yəməni bölmək istəyirdi. Lakin İran coğrafi sərhədlərin dəyişilməsinə qarşıdır və məsələlərin həlli üçün müqavimət və diplomatiyanı vurğulayır. 

Həsən Ruhani İranın Suriya böhranının həlli sahəsindəki fəal diplomatiyasına toxunub və deyib: İran Suriya hökuməti və ordusuna kömək etdi ki, terrorizm qarşısında müqavimət göstərsin. 

Ruhani İran, Rusiya və Türkiyənin Suriya böhranının həlli barəsindəki üçtərəfli əlaqələrinə toxunub və deyib: Moskva, Tehran və Ankara Suriya böhranının həlli istiqamətində yaxşı addımlar ata bilmişlər və ümidvarıq Astana iclasında regionda diplomatiya sahəsində bir uğurun şahidi olacağıq. 

Ruhani həmçinin Suriyada atəşkəsin bərpa olunmasında göstərilən səylərin İrana aid olmaması ilə bağlı bəzilərinin iddiası barəsindəki suala cavabda deyib: İran həm terrorizmlə mübarizədə, həm də Suriya böhranının diplomatik həllində önəmli rola malikdir. 

İran İslam Respublikası prezidenti yeni milad ilinin başlanğıcında İstanbuldakı terror aktına toxunub və deyib: Bir qrup müdafiəsiz insanın qətlə yetirilməsi hər bir cəhətdən pislənilir. Bu, terrorizmin heç kimə rəhm etməyəcəyini əks etdirir və onunla mübarizə aparılmadığı təqdirdə bu virus hamıya yoluxacaq. 

Teqlər