Yan 03, 2017 19:12 Asia/Baku
  • Laricani: Terrorçuları himayə sionist rejimin hədəfləri çərçivəsindədir
    Laricani: Terrorçuları himayə sionist rejimin hədəfləri çərçivəsindədir

İran İslam Şurası Məclisinin sədri bəzi region ölkələrinin terrorçuları himayə etmələrini sionist rejimin hədəfləri çərçivəsində adlandırıb.

IRNA-nın məlumatına görə, Əli Laricani bu gün Tehranda İraqın birinci vitse-prezidenti Nuri Maliki ilə görüşdə bəzi region ölkələrinin terrorçulara dəstək yolu ilə regionda böhran yaratmaqda oynadıqları rolu tənqid edib.

Laricani İraqdakı siyasi qruplar arasında milli birliyi bu ölkənin terrorizm üzərində qələbəsinin rəmzi adlandırıb və belə söyləyib: Əhatəli milli birliyin gücləndirilməsi və İraqın siyasi qüvvələri arasındakı ixtilafların aradan qaldırılması İraqın düşmənləri qarşısında bu ölkə xalqının problemlərinin həlli ilə nəticələnə bilər.

İraqın birinci vitse-prezidenti də İranın regional məsələlərdə, xüsusən İraq və Suriya böhranlarındakı  prinsipial mövqelərini yüksək dəyərləndirərək, deyib: İranın siyasətləri daim terrorizmlə real mübarizə və müqaviməti himayə istiqamətində olubdur.

Teqlər