İranın Milli Qaz Şirkəti ilə Türkmənistanın Qaz Şirkətinin ixtilafı beynəlxalq dairəyə göndərilib
İranın Milli Qaz Şirkəti Türkmənistan Xarici İşlər Nazirliyi tərəfəindən bu ölkə qazının İrana ixracının kəsilməsi haqda verilən bəyanatına cavab olaraq bir bəyanatda bildirib: İranın Milli Qaz Şirkəti Türkmənqaz Şirkəti ilə öz ixtilaflarını beynəlxalq səviyyədə izləməyi gündəminə salıb.
İRİB-in məlumatına görə, İranın Milli Qaz Şirkəti çərşənbə günü bildirib: Bu şirkət ötən illər ərzində cari borclar və 4,5 milyard dollardan çox olan öncəki borcunun bir hissəsini Türkmənqaz Şirkətinə xoşməramlılıqla və müxtəlif vasitələrlə ödəmişdir.
İranın Milli Qaz Şirkətinin bəyanatına əsasən, İranın Milli Qaz Şirkətinin Türkmənistana borcu kimi irəli sürülən İrana qarşı ədalətsiz sanksiyalar dövrünə aiddir. Həmin dövrdə də sanksiyalara görə birbaşa nağd ödəmə mümkün olmasa da, İran iki tərəfin anlaşması ilə məhsulların ixracatı və Türkmənqaz şirkətinə xidmətlər çərçivəsində bu borcun əsas hissəsini ödəmişdir.
İranın Milli Qaz Şirkəti bildirib: Borcların ödənməsinin formatı barəsində müzakirələrlə paralel olaraq İranın Milli Qaz Şirkəti Türkmənqaz Şirkətinin ikitərəfli müqavilənin müddəalarında yol verdiyi bir çox qanun pozuntusu , o cümlədən Türkmənqaz Şirkətini müqavilədə qeyd olunan müddəaları pozan tərəf kimi elan edən İrana təhvil verilən qazın keyfiyyəti və kəmiyyəti, ciddi şəkildə müzakirələri tələb etdi və bu hallar haqda qərarın verilməsinə ehtiyac duyuldu. Lakin praktiki olaraq cavabsız qalmışdır.
İranın Milli Qaz Şirkəti bu bəyanatda bildirib: İranın Milli Qaz Şirkəti ilə Türkmənqaz Şirkəti arasında imzalanan müqavilənin müddəalarına əsasən, bu şirkət hətta İran tərəfinin borcu olduğu və yaxud ödəmədə gecikmə olduğu halda qaz verilişini kəsə bilməz. Belə bir hərəkət müqavilənin açıq şəkildə pozulmasıdır və Türkmənqaz Şirkətinin beynəlxalq şərik mübadilələrində etimad ediləsi olmadığını göstərir.
İranın Milli Qaz Şirkətinin bəyanatında həmçinin xatırlanıb: İranın Milli Qaz Şirkəti bu qənaətdədir ki, maliyyə və hüquqi ixtilaflar yalnız Türkmənqaz Şirkəti və İranın Milli Qaz Şirkəti arasındadır. Buna görə, Türkmənistanın siyasi rəsmilərinin tərəflərin müqavilənin müddəaları çərçivəsində və ticarət prinsipləri ilə danışıqlar aparmasına və öz ixtilaflarını araşdırmasına şərait yaratmaları gözlənilir. Eyni zamanda Türkmənistan Xarici İşlər Nazirliyinin iki şirkət arasındakı hüquqi çəkişməyə müdaxiləsi mövcud müqavilənin müddəalarının açıq-aşkar şəkildə pozulmasıdır.
Türkmənistan Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda bu ölkənin İrana qaz ixracını dayandırmasına toxunaraq iddia edib ki, rəsmi Aşqabad İranın Milli Qaz Şirkətinin borcları ödəmədəki gecikməsinə görə bu addımı atıb.
Türkmənqaz Şirkəti qəfildən və müqavilənin çərçivəsinə zidd hərəkətdə bir daha soyuq fəslin başlanması ilə münaqişəli məbləği dərhal almaq iddiası ilə bazar günü səhərdən İrana ixrac etdiyi qazı dayandırıb.
Türkmənistanın bu hərəkəti İranın şimal vilayətləri üçün bir çox problemlər yaradıb.
Türkmənistan 2009-cu ildə də qış fəslində öz qazının qiymətini artırdığı üçün İrana nəql etdiyi qazı dayandırmışdı.