Yan 05, 2017 09:40 Asia/Baku
  • Əhvazda neft borularının partlaması xəbəri rədd olunub
    Əhvazda neft borularının partlaması xəbəri rədd olunub

İranın Daxili İşlər Nazirliyinin sözçüsü ölkənin cənub-qrərbində yerləşən Əhvaz şəhərində neft borularının partlaması barədə yayılmış xəbəri rədd edib.

İranın Daxili İşlər Nazirliyinin sözçüsü Salman Samani dünən gecə IRNA ilə müsahibədə bəzi xarici mediaların İranın Əhvaz şəhərində neft borularının partlaması barədəki xəbərini təkzib edərək, bildirib ki, İran İslam Respublikasında heç bir təhlükəsizlik təhdidi müşahidə olunmayıbdır.

Samani söyləyib: Bu qəbildən olan məsələlər, eləcə də bütün hərəkətlər ardıcıl surətdə izlənir və İran İslam Respublikası təhlükəsizlik baxımından olduqca yaxşı şəraitdədir.

Bundan öncə İran daxili işlər nazirinin hüquq-mühafizə məsələləri üzrə müavini Hüseyn Zülfüqari də dünən Əhvazda neft borularının partlaması barədə hər cür xəbəri rədd edərək, demişdi ki, İranda heç bir təhlükəsizlik hadisəsi baş verməyibdir.

Teqlər