Yan 08, 2017 23:46 Asia/Baku
  • İslam inqilabının böyük rəhbərinin Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə başsağlığı müraciəti

Ayətullah Haşimi Rəfsəncanının dünyasını dəyişməsinin ardınca islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei baş sağlığı müraciəti ediblər

Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri bürosunun informasiya portalının verdiyi məlumata istinadla, islam inqilabının böyük rəhbərinin müraciətinin mətni təqdim olunur: 

بسم‌الله الرحمن الرحیم
انّا لله و انّا الیه راجعون

Əfsus və təəsüflə köhnə dostum, silahdaşım, islam hərəkatı dövrünün mübarizələrindəki müşayiətçim, İslam Respublikası dövründə ardıcıl olaraq illər boyu yaxın əməkdaşım cənab Höccətül-islam vəl-müslimin Şeyx Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini aldım.

59 il müddətində əməkdaşlıq və yekdillik keçmişinə malik olduğumuz  bir silahdaşı itirmək çətin və ürək yandırıcıdır. On illər boyu çoxlu çətinliklər və məhdudiyyətlərin şahidi olduq və bir çox mərhələlərdə fikir birliyi və yekdilliyimiz bizi birlikdə müştərək yolda səylərə, dözümlülüyə və təhlükələrə can atmağa yönəltdi. Onun o illərdəki hədsiz zəkası və misilsiz səmimiliyi, onunla əməkdaş olan hər kəsə xüsusi ilə mənim üçün etibarll güvən yeri sayılır. Bu uzun dövrdə müxtəlif dönəmlərdə fikir ayrılıqları və fərqli ictihadlar heç vaxt Kərbəlayi müəllada Beynül-Hərəmeyndə başlayan dostluq bağlarımızı qıra bilmədi və son illərdə bu kimi görünən fərqlərdən faydalanmaq istəyən "müxənnəs"lərin vəsvəsələri onun mən həqirə olan dərin məhəbbətinə xələl gətirə bilmədi.

O, şahlıq rejiminin zülmünə qarşı mübarizənin birinci nəslinin və bu təhlükəli və iftixarlı yolun əzabkeşlərinin nadir nümunəsi idi.

İllər boyu həbs həyatı və SAVAK-ın işgəncələrinə dözmək, bütün bunların qarşısında müqavimət göstərmək və sonra müqəddəs müdafiə dövründə həssas vəzifələrdə olmaq, İslami Şura Məclisinin, Xobreqan Məclisinin  sədrliyi və sayir vəzifələr, bu qədim mübarizin bərəkətli həyatının parlaq səhifələrini təşkil edir.

Haşimi itkisindən sonra mən tarix yaradan dövrün enişli-yoxuşlu yollarında belə bir uzun müddətli birgə təcrübəyə malik olduğum ikinci bir şəxsiyyəti xatırlamıram.

İndi bu qədim mübariz, müxtəlif səylər və fəaliyyətlərlə zəngin olan dosya ilə ilahi hesablaşma üçün təyin olunmuş yerdədir və bu, bizim, İslam Respublikası rəhbərlərinin hamısının taleyidir.

Onun üçün ilahi qüfran, rəhmət və əfv diləyirəm, əziz həyat yoldaşı, övladları, qardaşları və digər ailə üzvlərinə baş sağlığı verirəm.

غفرالله لنا و له

Seyid Əli Xamenei

19 dey 1395

 

Teqlər