Haşimi Rəfsəncaninin vəfat etməsinin ardınca müxtəlif ölkə başçıları və rəsmilərindən gələn başsağlığı müraciətləri
Bəzi ölkə başçıları və rəsmiləri İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibəti ilə başsağlığı müraciətlərində İran xalqı, dövləti və onun ailəsinə başsağlığı veriblər.
İraq Milli Koalisiyasının sədri Əmmar Həkim başsağlığı müraciətində Ayətullah Haşimi Rəfsəncanini İran İslam İnqilabı tarixində görkəmli şəxsiyyət, tanınmış siyasət və mədəniyyət xadimi. önəmli regional və beynəlxalq sima adlandırıb.
İraq prezidentinin müavini və Dəvət Partiyasının baş katibi Nuri Maliki də bazar günü bir müraciətdə Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibəti ilə İran İslam İnqilabı rəhbəri, İran xalqı və onun ailəsinə başsağlığı verərək, deyib: İran xalqı heç vaxt Ayətullah Haşimi Rəfsəncaninin İnqilab və İran İslam Respublikası yolundakı yorulmaz səylərini unutmayacaq.
Malikinin müraciətində həmçinin deyilir: Ayətullah Haşimi Rəfsəncani İran İslam Respublikası quruluşunun möhkəmləndirilməsi və İmam Xomeyni(r.ə)-in yolunun davam etdirilməsi yolunda bir çox müsibətlərə dözüb.
Bundan öncə İraq prezidenti Fuad Məsum da elə bu münasibətlə İran rəhbərliyi, xalqı və dövlətinə başsağlığı vermişdi.
Küveyt əmiri Şeyx Səbah əl-Əhməd əl-Cabir əl-Səbah da İran prezidentinə ünvanlanmış bir müraciətdə İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə başsağlığı verib.
Küveyt əmiri öz müraciətində İran xalqı və dövlətinin kədərinə şərik olduğunu bəyan edərək, Ayətullah Haşimi Rəfsəncani üçün Allahdan rəhmət və məğfirət, İran xalqı üçün isə səbr və dözümlülük arzu edib.
Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə də bazar günü axşam İran prezidentinə göndərdiyi müraciətdə Ayətullah Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verib.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə müşavir naziri Ənvər Qərqaş da Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi xəbərini aldıqdan sonra, deyib: Haşiminin adı İslam Respublikası və İran xalqının şahlıq rejiminə qarşı inqilabı ilə ayrılmaz bağlara malikdir.
Birləşmiş Ərəb Əmirliklərinin kralı Şeyx Xəlifə bin Zaid, baş nazir Məhəmməd bin Raşid və vəliəhd Məhəmməd bin Zaid Al-Nihyan da ayrı-ayrılıqda müraciətlər göndərərək, Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibəti ilə başsağlığı veriblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və keçmiş prezident Abdullah Gül habelə, BMT-nin İrandakı kordinatoru Gəri Luis Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibəti müraciətlər edərək, bu ağır itkiyə görə İran xalqı və mərhumun ailəsinə başsağlığı veriblər.
Hindistanın baş naziri Narendra Mudi də bir müraciətdə Hindistanın 1 milyard 250 milyonluq əhalisi adından Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibəti ilə səmimi qəlbdən və dərindən başsağlığı diləyib.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri və İslam İnqilabının öncül mübarizlərindən olan Ayətullah Əkbər Haşimi Rəfsəncani bazar günü ürək çatışmazlığı üzündən 82 yaşında fani dünyaya vida etdi.
Ayətullah Haşimi Rəfsəncani 1958-ci ildən İran İslam İnqilabının qələbə çaldığı zamana kimi bütün mübarizə səhnələrində güclü iştiraka malik olmuş, 1958-ci ildn 1979-cu ilə qədər 7 dəfə şahlıq rejimi tərəfindən həbs edilmişdir. Amma, bütün bu təzyiqlər onun dəmir iradəsində heç bir iz buraxa bilməmiş və İmam Xomeyninin(r.ə) rəhbərliyi altında inqilabçı fəaliyyətlərini davam etdirmişdir.
İran İslam Respublikası prezidenti, Rəhbərlik Xübrəqanı Məclisinin sədri, İran İslam Şurası Məclisinin sədri, Silahlı Qüvvələrin Ali Baş Komandan əvəzi, Ali Müdafiə Şurasının sədri və Quruluşun Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin öhdəsindən bacarıqla gəldiyi vəzifələr olub.