Yan 09, 2017 14:10 Asia/Baku
  • 
İran bayrağı bütün səfirliklərdə yarıya endirildi
    İran bayrağı bütün səfirliklərdə yarıya endirildi

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsinin ardınca İranın digər ölkələrdəki səfirliklərində İran bayrağı yarıya endirildi.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Quruluşun Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibəti ilə ölkədə 3 gün müddətinə ümumi matəmin elan edilməsinin ardınca 80 ölkədə İran səfirlikləri və konsulluqlarında İran bayrağının yarıya endirilməsindən xəbər verib.

Bəhram Qasemi Haşimi Rəfsəncaninin elmi şəxsiyyəti və uğurlu bir siyasətçi olaraq siyasi mövqeyini yüksək qiymətləndirib və deyib: Onun adını İranın müasir tarixində böyük siyasətçilər sırasına daxil etmək olar. O, siyasət və diplomatiya səhnəsində dünya səviyyəsində ad qazanmış bir şəxs idi.

B.Qaseminin dediyinə görə, İran səfirlikləri və konsulluqları elan edilmiş 3 gün ümumi matəm müddətində xatirə dəftəri açaraq, Haşimi Rəfsəncani barəsində öz xatirələrini yazmaq istəyən xarici ölkə rəsmiləri və tanınmış şəxsiyyətlərini qəbul edəcəklər.

Teqlər