ABŞ-ın öhdəliklərini pozması araşdırılıb
İran ilə 5+1 qrupunun müştərək komissiyasının iclası dünən axmaş bir bəyanatla sona çatıb. Bu iclasın keçirilməsinə İranın XİN başçısı Məhəmməd Cavad Zərif çağırmışdı. İclasa çağırışın səbəbi isə Amerikanın Yekun Müştərək Təşəbbüs Proqramı(YMTP) çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri pozması məsələsinin araşdırılması olmuşdur. ABŞ bunu İrana qarşı sanksiyalar qanununun müddətinin 10 il uzatmaqla etmişdir.
YMTP-nin müştərək komissiyasının iclası bu proqramın icra edilməyə başladığı zamandan bəri ikinci dəfədir ki İranın istəyi ilə keçirilir.
İranın müzakirəçi heyətinin sədri Seyid Abbas İraqçı komissiyanın Vyanada keçirilən iclasında son bir il ərzində Amerikanın öz öhdəliklərini pozması hallarını şərh edərək hüquqi faktlar təqdim etməklə İrana qarşı ABŞ-ın sanksiyalar qanununun müddətinin uzadılmasını Amerikanın YMTP çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bildirib.
İraqçı Vyanaya səfərdən öncə də bildirmişdi ki İran YMTP-nin pozulması hallarına münasib reaksiya verəcək.
YMTP komissiyasına üzv ölkələrin nümayəndələri də Vyana iclasında İranın bu sahədəki nigarançılığını ciddi hesab edib və Amerikanın İSA qanununun təsirsizləşməsi və bu sahədə şəffaflığın tam təmin olunması üçün lazımı təşəbbüslər həyata keçirməsini istəyiblər.
İranın xarici işlər nazirinin müavini və iranlı müzakirə heyətinin sədri Abbas İraqçı dünən Vyanada Atom Enerjisi üzrə Beynəlxal Agentliyin baş direktoru Yukio Amano ilə görüşündə İranın YMTP əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini xatırladıb və Agentliyin YMTP-nin icrası sahəsində müsbət rolunun davam etməsini istəyib.
Bu görüşdə Yukio Amano da YMTP-nin əhəmiyyətini xatırladaraq başçılıq etdiyi beynəlxalq qrumun YMTP-nin icrasına nəzarət sahəsindəki rolunun gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
İraqçı həmçinin wall street journal qəzetinin İranın Nətənz stansiyasında qalan uranın tam təmizlənilməsi üçün ABŞ-ın layihəsi ilə razılaşmış olmasına dair iddiasını təkzib edib və bildirib: YMTP-nin müştərək komissiyasının üzvlərinin razılığına əsasən İran əlavə zənginləşdirməyə həyata keçirə biləcək.
ABŞ nəinki YMTP əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib hətta bu gün ən aşkar öhdəliyi olan yəni YMTP-nin icrasını əngəlləməmək öhdəliyini İrana qarşı sanksiyaların müddətini uzaltmaqla tam pozmuşdur.