Zərif Davosa daxil olub
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda Dünya İqtisadi Forumunun iclasında iştirak etmək məqsədilə dünən axşam çağı İsveçrənin Sürix şəhərinə daxil olub.
Zərif Sürix beynəlxalq hava limanında İran İslam Respublikasının İsveçrədəki müvəqqəti işlər vəkili Mehdi Abidi tərəfindən qarşılanıb.
Elan olunmuş proqrama əsasən, İran İslam Respublikasının xarici işlər naziri sabah Davosda Dünya İqtisadi Forumunun 47-ci iclasında "İran regionda və dünyada" adı altında çıxış etməlidir.
Dünya İqtisadi Forumunun 47-ci iclası dünən "Cavabdeh və məsuliyyətli liderlik" adı altında İsveçrənin Davos dağlıq məntəqəsində işə başlayıb.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda Dünya İqtisadi Forumunun 47-ci iclasında çıxış etdikdən sonra, mehvəri, Myanma müsəlmanlarının vəziyyətinin araşdırılması və onlara dəstək elan olunmuş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak məqsədilə İsveçrəni Kuala-Lumpur istiqamətinə tərk edəcək.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Malayziyanın xahişinə əsasən, Myanmada Ruhinqa müsəlmanları azlığının durumunu araşdırmaq məqsədilə cümə axşamı günü Kuala-Lumpurda fövqəladə iclas keçirəcəklər.
Myanma hökuməti bu ölkə müsəlmanlarına tam vətəndaşlıq haqqının verilməsindən çəkinir. Ruhinqa müsəlmanları 1982-ci ildən və bir qanunun qəbul olunmasının ardınca Myanma vətəndaşlığından məhrum ediliblər. Myanmada müsəlmanlara qarşı zorakılıq halları son aylarda kəskinləşibdir.