İraqçi: İslam dünyası müsəlmanların qurban edilməsinə dözməyəcək
İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: Müsəlmanların hər hansı yerdə qurban edilməsinə dözməyəcəyik və bu İslam dünyasının vahid mövqeyidir.
İRNA-nın verdiyi məlumata görə, İİR xarici işlər nazirinin beynəlxalq hüquq üzrə müavini Abbas İraqçi bu gün İslam Əməkdaşlıq Təşkilatının Malayziya paytaxtı Kuala-Lumpurda keçirilən fövqəladə iclasının kənarında Myanmada Ruhinqa müsəlmanlarının qırğın edilməsini qınayaraq, bu fövqəladə iclasın keçirilməsində məqsədin İslam dünyasının Ruhinqa müsəlmanları ilə həmrəylik nümayiş etdirməsi olduğunu bildirib.
Abbas İraqçi Myanma dövlətinin vəziyyəti nəzarətə və müsəlmanlar əleyhinə cinayətlərin qarşısını almalı olduğunu vurğulayaraq deyib: Müsəlmanlarla buddistlər arasında toqquşmaların dini kökləri yoxdur və Myanma dövləti müsəlmanların dinc həyatına lazımı şərait yaratmalı və onların vətəndaşlıq problemlərini həll etməlidir.