Yan 19, 2017 11:08 Asia/Baku
  • BMT nüvə sazişinin tam icrasına təkid edib
    BMT nüvə sazişinin tam icrasına təkid edib

Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər üzrə müavini Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) tam icra edilməsini vurğulayıb.

BMT-nin rəsmi saytının bildirdiyinə görə, Cefri Feltman deyib: ƏMTP-nin bütün tərəf müqabillərinin bu razılaşmadan faydalanmaları və xoşməramlılıqla onu davam etdirmələri zərurət daşıyır. C.Feltman deyib: Bu məsələ İran xalqının dünya iqtisadiyyatına qoşulması və Təhlükəsizlik Şurasında İranın nüvə dosyası xüsusunda əlverişli nəticəyə nail olunmasına kömək edəcək. Feltman ƏMTP-nin icrasının ikinci ilinə ümidvar olduğunu dilə gətirərək deyib: Beynəlxalq ictimaiyyət ƏMTP-nin uzun müddətli icrasında iştirak etməlidir. 

Bu məlumata görə bu gün səhərçağı BMT baş katibinin ƏMTP-nin 2231 saylı qətnaməsinin icrası barədə ikinci hesabatının araşdırılması üçün keçirilən iclasda deyilir: ƏMTP-nin icrasına başlandığı zamandan Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik 5 hesabat yayıb və onlarda İranın nüvə proqramı xüsusunda öz üzərinə götürdüyü öhdəliklərinə sadiq qaldığı öz əksini tapıb. 

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerininin ƏMTP-nin birinci ildönümü münasibəti ilə yaydığı  bəyanatında da deyilir: Sanksiyaların ləğvi İranda ticarətin və investisiyaların artmasına gətirib-çıxarıb və bu, İran xalqının məişət durumunun yaxşılaşmasında təsirli olacaq. 

Teqlər