Yan 20, 2017 13:38 Asia/Baku
  • İnqilab Rəhbərinin Avropada Tələbə İslami Cəmiyyətlər Birliyinə müraciəti
    İnqilab Rəhbərinin Avropada Tələbə İslami Cəmiyyətlər Birliyinə müraciəti

İslam İnqilabının Böyük Rəhbəri Avropada Tələbə İslami Cəmiyyətlər Birliyinə müraciətlərində vurğulayıblar ki, qaldırılmış əsl İslam bayrağı ilə küfr və zalım qüvvələrlə asimmetrik savaş hamının vəzifəsidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün bu müraciətdə vurğulayıblar: Siz əzizlərdən gözlənti elmi, dini və əxlaqi özünüqurmadan daha genişdir və gözlənilir ki, öz ətrafınızdakı mühitə təsir göstərə və öz söhbətiniz və əməlinizlə Allah yolunu gedənlər üzərində əlavələr edəsiniz.

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Gənclik və tələbəlik çox güclü bir təkan kimi yüksək amallara çatmaqda insana kömək edir. O həzrət sonra belə qeyd ediblər: Siz bu iki haldan başqa, islami cəmiyyətlərin təsirli sistemində iştirakın məziyyətinə də maliksiniz.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Hər birimiz ilahi sirati müstəqim və doğru İslam mərifətindən ibarət bir bərəkətə malik bulaq olmalıyıq.

Teqlər