İran və Türkmənistanın qaz ixtilaflarının aradan qaldırılması üzrə fürsəti
İran neft nazirinin müavini deyib: İran Türkmənistan üçün zaman cədvəli fürsətini təyin edib və əgər təyin olunmuş müddətdə müzakirələrin başlanması, maliyyə ixtilafı və hesabın şəffaflaşması istiqamətində addımlar atmazsa, mütləq İran Beynəlxalq Haaqa Məhkəməsinə şikayət edəcəkdir.
IRIB-nin məlumatına görə, Həmidreza Eraqi Tehranda bir mətbuat konfransında İranın Türkmənistana olan borcunun beş faizlik bəhrə ilə kreditə çevrildiyini bildrirərək, əlavə edib: 2016-cı ilin son günlərində İranın Milli Qaz Şirkətilə Türkmənqaz şirkəti arasında imzalanmış protokolun əksinə olaraq, 2017-ci ilin ilk günündə Türkmənistan İrana qaz ixracını kəsdi.
İranın Milli Qaz Şirkətinin sərəncamçı müdiri söyləyib: Türkmənqaz şirkəti indiyədək İranın Milli Qaz Şirkətilə hesab ixtilafı miqdarı və həcmi barədə şəffaflaşdırma və müzakirəyə hazır olmayıb və müqavilə maddələrinin əksinə olaraq, qazı kəsibdir.