İraqçı: Təhlükəsizlik təhdidlərilə mübarizə üzrə həmkarlıq zəruridir
Yan 25, 2017 20:22 Asia/Baku
İran xarici işlər nazirinin müavini deyib ki, ölkələr beynəlxalq sahədə təhlükəsizlik təhdidlərilə mübarizə üzrə həmkarlıq etməlidirlər.
İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı bu gün Tehranda narkotik maddələrlə mübarizə polisi rəislərinin iclasında əlavə edib: İranın hüquq-mühafizə qüvvələrinin müxtəlif sahələrdə, xüsusən narkotik maddələrlə mübarizə sahəsində beynəlxalq təşkilatlarla həmkarlıqları qənaətbəxşdir.
İraqçı deyib: Bir ölkə təklikdə müxtəlif təhdidlərlə mübarizə apara bilməz. O, söyləyib: Beynəlxalq fürsətlərdən daha artıq istifadə etmək lazımdır, zira narkotik maddələrlə mübarizə sahəsində İranın zəhmətləri dünya ictimaiyyəti üçün tam şəkildə məlum deyildir.