Yan 27, 2017 13:32 Asia/Baku
  • Əmir Abdullahian Bəşşar Əsədlə görüşüb
    Əmir Abdullahian Bəşşar Əsədlə görüşüb

Suriya prezidenti deyib: İran İslam Respublikası Suriyanın altı illik böhranında bu ölkə xalqının ən böyük hamisi olmuşdur.

İRİB-in məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı günü İran İslam Şurası Məclisi sədrinin xüsusi köməkçisi Hüseyn Əmir Abdullahianla Dəməşqdə görüşdə Suriya müqavimətinin təkfirçi terrorçular qarşısındakı son qələbələrinə toxunaraq əlavə edib: İran bu qələbələrdə Suriyanın şərikidir. 

Hüseyn Əmir Abudllahian da bu görüşdə Hələb şəhərindəki qələbələr, eləcə də Astana şəhərindəki müzakirələrdəki siyasi qələbələr münasibəti ilə Suriya prezidentini təbrik edib. 

O həmçinin Dəməşqdə fələstinli liderlərlə görüşərək region və Fələsitnin son prosesləri haqda danışıqlar aparıb. 

Fələstinli liderlər də bu görüşlərdə sionist rejimlə əlaqələrin normallaşdırılması üçün bəzi ölkələrin gizli və aşkar səylərini Fələstin xalqının amalı və Qüdsün azadlığına xəyanət adlandırıblar. 

Teqlər