Yan 29, 2017 11:45 Asia/Baku
  • Laricani: Amerika özündən qorxmağa düçar olub
    Laricani: Amerika özündən qorxmağa düçar olub

İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: Amerikanın yeni hökumətinin İran vətəndaşlarına qarşı vizanın qadağan edilməsinə dair hərəkəti onların düşüncəsi və rəftarındakı ağılsızlığı göstərir.

İran parlamentinin xəbər agentliyinin verdiyi məlumata görə, Əli Laricani bu gün parlamentin açıq iclasında deyib: ABŞ dövlətinin müsəlman ölkələr xüsusiylə İran vətəndaşlarına viza verilməsini dayandırması , onların aldadıcı demokrat və insansevər maskasının arxasındakı zorakı irqçi əhval-ruhiyyələrini nümayiş etdirdi. 

Əli Laricani İranlılara qarşı viza qadağasının terror aktlarından nigarançılıqla əsaslandırılmasının daha çox zarafata bənzədiyini bildirərək deyib: Kimsəyə gizli deyil ki, İran son illərdə tək başına terrorçuların qarşısında durub. 

Laricani deyib: Bu gün ABŞ dövləti özündən qorxmağa və özü ilə anlaşılmazlığa düçar olub.

İran parlamentinin sədri deyib: İran İslam Respublikasının terrorizm ilə mübarizədəki iradəsi sarsılmazdır və bəzi ölkələrin uşaq sayağı oyunlarının təsirinə düşməyəcək.  

Teqlər