Zərif: İranın siyasəti Əfqanıstanda stabillik yaratmaqdır
İran xarici işlər naziri deyib: İranın siyasəti Əfqanıstanın mili birlik hökumətini dəstəkləməklə yanaşı bu ölkədə stabillik yaratmaqdır.
İranın Xarici İşlər Nazirliyinin Media Diplomatiyası baş idarəsinin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü BMT baş katibinin Əfqanıstan məsələləri üzrə nümayəndəsi Tada Miçi Yamamoto ilə Tehranda görüşdə əlavə edib: İran Əfqanıstanda sülhün bərqərar olunmasına dair BMT-nin bütün təşəbbüslərini dəstəkləyir.
Məhəmməd Cavad Zərif həmçinin İranın Əfqanıstanda stabilliyi istədiyini bildirərək deyib: İran İslam Respublikası Əfqanıstanda ehtiyac duyulan bütün sahələrdə BMT ilə əməkdaşlığa hazırdır.
BMT baş katibinin Əfqanıstan məsələləri üzrə nümayəndəsi Tada Miçi Yamamoto da bu görüşdə İran İslam Respublikasının Əfqanıstanla əlaqədar addımlarının konstruktiv olduğunu və Əfqanıstanın milli birlik hökumətini güclü şəkildə dəstəklədiyini bildirib.