Tehran qəhrəman yanğınsöndürənlərə öz hörmətini ifadə etdi
Tehran əhalisi yanğınsöndürən şəhidlərin dəfn mərasimində iştirak edərək, öz rəhbərinin buyurduqlarına görə, həmvətənlərinin malı və həyatını xilas etmək üçün heyranedici bir şücaətlə od və uçqunun içərilərinə gedərək, öz həyatlarını təhlükəyə salıb, fəda etmiş qəhrəmanların xatirələrini andı.
Matəmli ürəklər və yanaqlarımızın üzərinə axan göz yaşları onların fədakarlıqları və qəhrəmanlıqlarına yüksək qiymət verməyimizin nişanəsidir.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin sədri, məhkəmə hakimiyyətinin sədri, Tehran meri, İslam Şurası Məclisinin sədri, 1-ci vitse-prezident, baş prokuror, daxili işlər naziri, ədliyyə naziri və xalq- hamı gəlmişdi.
Tehran qəhrəman yanğınsöndürənlərə öz hörmətini ifadə etdi və tarixdə qeyd olunmaq üçün ölməz vidasını yadigar qoydu.
Tehran əhalisi yanğınsöndürən şəhidlərin dəfn mərasimində iştirak edərək, öz rəhbərinin buyurduqlarına görə, həmvətənlərinin malı və həyatını xilas etmək üçün heyranedici bir şücaətlə od və uçqunun içərilərinə gedərək, öz həyatlarını təhlükəyə salıb, fəda etmiş qəhrəmanların xatirələrini andı.
Şəhidlərin cənazələrinin Tehran küçələrində müşayiət olunması ilə bir zamanda əhalinin böyük bir hissəsi də özünü onların dəfn məkanına çatdırmışdı.