İranın kosmik texnologiyası islam inqilabının qələbəsindən sonra inkişaf edib
İranın Milli Kosmik Mərkəzinin rəhbəri deyib: İranda 150 tədqiqat şirkəti kosmik texnologiya sahəsində fəaliyyət göstərməkdədirlər.
Mənuçehr Məntiqi dünən İranın 2-ci telekanalı ilə müsahibəsində deyib: İslam inqilabınıdan öncə İranın kosmik texnologiya sahəsindəki imkanları sıfıra bərabər idi lakin islam inqilabının qələbəsindən sonra İranda bu sahə də inkişaf etdirildi.
Məntiqi iranlı alimlər tərəfindən 10 növ süni peykin hazırlanmasına toxunaraq deyib: Bunların yarısından çoxu orbitdə yerləşdirilib və bəziləri də kosmosa göndərilmək ərəfəsindədir.
İranın Milli Kosmik Mərkəzinin rəhbəri deyib: Hal-hazırda iran İslam Respublikası regionda aeronevtika sahəsində 1-ci, 3-cü yerlərdə durur və bir çox ölkələrin kosmik texnoligiyaları sahəsində fəallaşma siyasətlərini nəzərə alaraq, ilk öncə həmin mövqeyin qorunub-saxlanılması prioritet təşkil edir.