47 şirkət İmam Xomeyni(r.ə) hava limanına sərmayə qoymağa hazırdır
Yan 31, 2017 12:35 Asia/Baku
İmam Xomeyni(r.ə) hava limanının "İran Şəhr" 1-ci terminal fazası layihəsinə ölkə daxili və xaricdən 47 şirkət investisiya qoymağa hazır olduqlarını bildiriblər.
İRİB-in verdiyi məlumata görə, İmam Xomeyni(r.ə) hava limanı şəhərinin icraçı müdiri Mahmud Nəvidi "İran şəhr" terminalına beynəlxalq investisiya mövzusunda keçirilən konfransda deyib: İranın daxilində özəl sektora aid 20 və Avropa və Asiyadan olan 27 şirkət "İran şəhr" terminalının birinci fazasında sərmayə qoymağa hazır olduqlarını bildiriblər.
Britaniya, İtaliya, Almaniya, İsveç Fransa, Cənubi Korea və Çin şirkətləri bu konfransda iştirak edirlər.
İmam Xomeyni(r.ə) hava limanında Aeroport şəhərinə 14 min hektar ərazi ayrılıb.