Yan 31, 2017 16:48 Asia/Baku
  • Zərif İranın müdafiə proqramının qanuniliyini vurğulayıb
    Zərif İranın müdafiə proqramının qanuniliyini vurğulayıb

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın qanuni raket proqramı mövzusunun Amerikanın siyasi oyunları üçün bəhanəyə çevrilməsi barədə xəbərdarlıq edib.

Zərif bu gün Tehranda Fransanın xarici işlər naziri Jan Mark Eyro ilə birgə mətbuat konfransında çıxışı zamanı İranın müdafiə və raket proqramının qanuni olduğunu vurğulayaraq deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının bütün tərəflərinin bildirdikləri kimi İranın raket mövzusu bu sazişə daxil deyil. 

İranın XİN başçısı deyib: Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində balestik raketlər barədə bir ifadə işlədilib ki, İran İslam Respublikası qətnamə qəbul edilərkən özünün mövqeyini bir mənalı şəkildə bildirmişdir. 

Zərif deyib: Bu qətnamədə nüvə silahları daşıya biləcək balestik raketlərdən söz gedir, İran elə o zaman bildirdi ki, İranın heç bir raketi belə bir qabiliyyət üçün layihələşdirilməyib və sadəcə qanuni müdafiə çərçivəsində qəbul olunan raket növlərindən ibarətdir. 

Zərif İranın müdafiə proqramları mövzusunun 2231 saylı qətnamədən kənar olduğunu bildirərək deyib: İran İslam Respublikası özünü müdafiəni başqalarının icazəsindən asılı etməz. 

İranın xarici işlər naziri deyib: Təssüflər olsun ki, nüvə anlaşmasının bəzi tərəfləri, xüsusilə də Amerika İranın bu anlaşmaya sadiq olduğu qədər ona sadiq deyillər. 

Məhəmməd Cavad Zərif deyib: Amerikanın öz öhdəliklərinə sadiq qalmaması və əngəllər törətməsinə baxmayaraq İran nüvə razılaşmasının böyük hissəsini icra edib amma ABŞ-ın hərəkətləri onun tam icrasına imkan vermir. 

Əl-Aləm telekanalı da Rusiya qaynaqlarına istinadən bildirib ki, İranın raket sınaqları BMT-nin TŞ-nin qətnamələri ilə ziddiyyət təşkil etmir. 

BMT TŞ-nin Amerika və sionist rejimin çağırışı ilə İranın raket sınağı barədə fövqəladə iclas keçirəcəyi gözlənilir. 

Teqlər