İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında olublar
İslam İnqilabının Böyük Rəhbəri mübarək Fəcr ongünlüyünün ilahi günləri münasibətilə İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında və Tehrandakı Beheşte Zəhra məzarlığındakı şəhidlər gülüstanında olaraq, İran İslam Respublikasının dahi banisi və çox dəyərli şəhidlərin xatirələrini anıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei həmçinin İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşemi Rəfsəncaninin məzarı üstünə gedərək, Quran qiraət edib və o mərhum üçün ilahi rəhmət və bağışlanma diləyiblər.
İslam İnqilabının Böyük Rəhbəri daha sonra yeddi tir və dövlət şəhidlərinin məzarlığında olaraq, yüksək dərəcəli şəhidlər Beheşti, Rəcayi, Bahünər və digər möhtərəm şəhidlərin yüksək dərəcələrini qeyd ediblər.
O həzrət habelə İslam İnqilabı, Müqəddəs Müdafiə, Hərəm Müdafiəsi, Əhli-Beyt(ə) Hərimi şəhidləri və son zamanlar Tehrandakı Plasko binasında baş vermiş hadisədə xidmət yolunda şəhid olmuş mömin və qəhrəman yanğınsöndürənlərin məzarları üstünə gedərək, bütün bu mömin fədakarların xatirələrini anıb və Allah-Taalanın dərgahından onlar üçün yüksək dərəcələr diləyiblər.