İranın basketbol yığması Qərbi Asiya Çempionatında ikinci oldu
Fev 03, 2017 10:45 Asia/Baku
İranın basketbol üzrə yığma komandası Qərbi Asiya Çempionatının son turunda İordaniya yığmasına qalib gələrək ikinciliyi qazanıb.
İSNA-nın verdiyi məlumata görə, İranın basketbol üzrə yığma komandası dünən İordaniyada keçirilən Qərbi Asiya Çempionatının son günündə İordaniya yığmasını 82-59 hesabı ilə məğlub edib.
Bu çempionatda İranın basketbol yığması İraq, Suriya və Fələstin yığmalarını məğlub etsə də, Livan yığmasına məğlub olub.
Çempionlıq tituluna isə Livan yığması sahib olub.