Həzrət Zeynəbin (s.ə) viladəti günündə Məşhəd şadlıq içində
Həzrət Zeynəb səlamullah ələyhanın viladəti axşamı müqəddəs Məşhəd şəhəri şadlıq içində olub.
Kərbəlanın şəfqət bacısı Həzrət Zeynəb Kübranın (s.ə) viladəti axşamı Məşhəd şəhəri və İmam Rzanın (ə) pak ziyarətgahı çırağan edilib və Əlhi-Beyt (ə) aşiqlərinin pənah gətirdikləri yer olub. Bu mübarək gündə zəvvarlar İmam Rzanın (ə) huzurunda olub, bu bayramı 8-ci imamın dərgahına təbrik ediblər.
Bu münasibətlə dünən gecə İmam Rzanın (ə) zirarətgahında məğrib və işa namazından sonra xüsusi tədbirlər həyata keçirilib.
Bu gün fevralın 3-ü 1438-ci hicri qəməri ili cəmadiüssani ayının 5-i Həzrət Zeynəbin (s.ə) viladətinin ildönümü gününə təsadüf edir.
Zeynəb Kübra (s.ə) əziz qardaşı, şiələrin 3-cü imamı İmam Hüseyn (ə) şəhid edildikdən sonra, 4-cü imamımız olan İmam Səccadın(ə) canını mühafizə etməyi öz üzərinə vəzifə kimi götürdü. Məhz buna görə də ən çətin şəraitdə cinayətkarlar və zalımlar qarşısında dayandı və o həzrətlə çiyin-çiyinə, təsirli nitqi və kəlamı ilə islam düşmənlərini rüsvay etdi.
İran İslam Respublikası Teleradio Təşkilatı islamın qəhrəman xanımı Həzrət Zeynəb Kübranın (s.ə) viladətinin ildönümü gününü bütün müsəlmanlara, xüsusilə şiələr və dünyanın azadlıqsevər insanlarına təbrik edir.