Fev 03, 2017 15:14 Asia/Baku
  • Ayətullah seyid Əhməd Xatəmi
    Ayətullah seyid Əhməd Xatəmi

Tehranın cümə namazının xitabətçisi İranın son raket sınağının İranın milli qüdrətinin dünya səviyyəsində nümayiş etdirilməsinin təzahürü adlandırıb.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın bu həftəki cümə namazı xütbələrində qərbin İranın son raket sınağı ilə nüvə sazişini pozmuş olmasına dair iddiasına toxunaraq deyib: İranın raket qabiliyyəti mövzusu nüvə anlaşması və Əhatəli Müştərək Təşəbbüs Proqramında yer almayıb və bu proqramı pozan sadəcə ABŞ dövlətinin İrana qarşı sanksiyaları 10 il müddətinə uzatmasıdır. 

Ayətullah Xatəmi ABŞ-ın yeni prezidentinin İranda daxil 7 müsəlman ölkənin vətəndaşlarına qarşı viza qadağası fərmanını pisləyib. 

Tehranın cümə namazı xitabətçisi Amerika və Avropa ölkələrində Trampın bu qərarına qarşı etirazlara toxunaraq deyib: Səudiyyə Ərəbistanı terrorizm və radikal cərəyanların himayədarı olmasına, bir çox amerikalı hərbçilərin məhz həmin terrorçular tərəfindən qətlə yetirilməsinə baxmayaraq Amerikaya səfər üçün qadağa qoyulan ölkələr siyahısında Səudiyyə Ərəbistanı yoxdur. 

Ayətullah Xatəmi İran İslam İnqilabının qələbəsinin 38-ci ildönümünə toxunaraq deyib: İran xalqının builki 22 bəhmən yürüşündə möhtəşəm iştirakı bir daha dünyanı heyrətləndirəcəkdir. 

Tehranın cümə namazının xitabətçisi deyib: İslam İnqilabının qələbəsinin bərəkətindən İran dünyanın az saylı müstəqil ölkələrindən biridir və İran xalqı İslam İnqilabının amalları üzərində möhkəm dayanıb. 

Teqlər