Fev 08, 2017 13:48 Asia/Baku
  • ran İslam İnqilabı Keşikçilər Koprusu Sepahın baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri
    ran İslam İnqilabı Keşikçilər Koprusu Sepahın baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı deyib: Düşmənlər, xüsusilə də Amerika son illərdə İranın iqtidarı və əzəmətini açıq-aşkar şəkildə etiraf ediblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Koprusu Sepahın baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri çərşənbə günü Həmədanda 6-cı Cihad və Müqavimət Ədəbiyyatı Qiymətləndirilməsi mərasimində əlavə edib: Bəzi amerikalı təhlilçilər öz ölkələrinin yeni prezidentinə tövsiyə ediblər ki, ABŞ supergüc olmaq ideyasını unutmalıdır.

General Cəfəri bildirib: İran İslam İnqilabının ən böyük nailiyyəti budur ki, düşmənlər və əcnəbilər inqilabın əzəmətini etiraf edirlər və bu, İslam Respublikası və İslam İnqilabının supergüc olmasına bir növ etirafdır.

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı həmçinin Mübarək Fəcr Ongünlüyü münasibəti ilə İran xalqını təbrik edərək xalqın Müqəddəs Müdafiədə və İslam İnqilabının davam etməsindəki təyinedici roluna toxunub və ümidvarlıq edib ki, İran xalqı 22 bəhmən yürüşündə irimiqyaslı iştirakı ilə İslam İnqilabının həmişə öz yolunu əzəmətlə davam etdirəcəyini əks etdircək.

Teqlər