Fev 10, 2017 10:08 Asia/Baku
  • 22 Bəhmən yürüşündə əzəmətli iştirak; İran xalqının düşmənlərə qətiyyətli cavabı
    22 Bəhmən yürüşündə əzəmətli iştirak; İran xalqının düşmənlərə qətiyyətli cavabı

İranlıların 22 Bəhmən yürüşündəki əzəmətli iştirakı İran və İslam İnqilabı düşmənlərinə möhkəm cavab sayılır.

22 Bəhmən məktəblilər, tələbələr, dövlət qulluqçuları, fəhlələr, kəndlilər, tacirlər, müxtəlif dinlərin davamçıları daxil olmaqla bütün xalq kütləsinin milyonluq yürüşü, İslam Respublikasının təsisçisi və İslam İnqilabının böyük rəhbərinə beyətin təzələndiyi gündür. 

İslam İnqilabının hər bir ildönümünün arxada qalması əslində İslam İnqilabının böyük rəhbəri həzrət ayətullahülüzma Xameneinin müdrik rəhbərliyi altında İranın bəsirətli xalqının bütün çətinliklər və problemlərin öhdəsindən uğurla gəlməsi nişanəsidir. 

Beynəlxalq hegemonçuluq quruluşu isə hər gün yeni hiylələr ilə həqiqi İslamı olmadığı şəkildə göstərməyə çalışaraq, İslam İnqilabının genişlənməsi və İslam maarifinin yayılmasının qarşısını önləməyə çalışırlar. 

Bu gün İslam İnqilabının müraciəti artıq pasport və vizaya ehtiyaclı deyil və dünya xalqları bu inqlaba böyük həvəs göstərir, onu öz yaşam tərzinin başlıca strategiyası hesab edir. 

Teqlər