Fransa İranda xərçəng xəstəliyinə qarşı dərman preparatının istehsalında iştirak edəcək
-
Fransa İranda xərçəng xəstəliyinə qarşı dərman preparatının istehsalında iştirak edəcək
İranın "Darlan Daru" şirkəti ilə Fransanın "İSPEN" şirkəti İranda xərçəng xəstəliyinə qarşı "diferlin" dərman preparatının istehsal xəttinin istifadəyə verilməsində iştirak edəcək.
İRİB-nin verdiyi məlumata görə, İranın Darlan Daru şirkəti Fransanın "İSPEN" şirkəti ilə "diferlin" dərman preparatının birgə şəkildə istehsal edilməsi ilə bağlı müqaviləni bazar günü ictimaiyyətə elan edərək, Tehranın şərqində yerləşən "Pərdis" texnologiya parkında lazım olan infrastrukturun quraşdırılmasına başlayıb.
Diferlin dərman preparatı prostat xərçənginin müalicəsində istifadə edilən dərman preparatlarından biridir.
Fransanın "İSPEN" şirkəti ilə əldə olunmuş anlaşmaya əsasən bu şirkət dərman istehsalında iştirak etməklə yanaşı, bu texnologiyanın İrana köçürülməsi üçün laızm olan təlim kurslarını da təşkil emiş olacaq.
Yeni quraşdırılacaq dərman zavodu Avropanın GMP standartına uyğun olacaq və İranda "diferlin" dərmanını istehsal etməklə 10-dan artıq ölkənin bu dərmana olan tələbatını təmin etmiş olacaq.