İran - Avropa əlaqələri inkiaf yolunda
İran İslam Respublikası prezidenti İranın Avropa Birliyi o cümlədən Lüksemburq ilə əlaqələrini inkişaf halında adlandırıb və deyib: Tehran Avropa Birliyinə üzv ölkələr ilə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlıdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Tehranda Lüksemburqun xarici işlər naziri Jan Slobern ilə görüşdə bank, sığorta və maliyyə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə təkid edib və deyib: Bu gün iqtisadi əməkdaşlıqlarda ən əsas prinsip bank və sığorta əməkdaşlıqlarının olmasıdır və iki ölkə bu sahədə əməkdaşlıqlarını genişləndirmək üçün yaxşı fürsətlərə malikdirlər.
Həsən Ruhani nüvə anlaşmasının ardınca yaranan iqtisadi əməkdaşlıq fürsətlərinə işarə edərək, neft, qaz, neft-kimya, nəqliyyat, mədən və sənaye sahələrində böyük potensialların olduğunu bildirib və deyib: İran bir tərəfdən Avropanın enerjiyə olan ehtiyacının bir hissəsini təmin edə bilər. Dİgər tərəfdən isə, Avropa və Hind okeanı arasında tranzit yolu olaraq körpü rolunu oynaya bilər.
İran prezidenti həmçinin, region və dünyanın mühüm məsələlərinə işarə edərək, deyib: Suriya, İraq, Yəmən və Əfqanıstan daxil olmaqla regionda bir çox problemlər var. Xüsusilə terrorizm böhranı. Və İran Avropa Birliyi ilə terrorizmə qarşı mübarizədə və regionda mövcud olan problemlərin həllində əməkdaşlıq edə bilər.
Ruhani İran İslam Respublikasının heç vaxt imzaladığı anlaşma sənədinə əsasən üzərinə düşən öhdəliklərinə heç bir vəchlə arxa çevirmədiyini deyərək, əlavə edib: Nüvə anlaşması uduş-uduş prinsipi əsasında hazırlanmış bir anlaşmadır və bu gün bütün tərəflər anlaşmanın davamlı olmasına səy göstərməlidirlər.
Lüksemburqun xarici işlər naziri Jan Slobern də bu görüşdə deyib: Lüksemburq İran ilə əlaqələrini genişləndirmək niyyətindədir. Və Tehrana olan səfər zamanı birgə investisiyaların qoyulması barədə sənədlər yekunlaşdırılıb və digər sahələrlə bağlı əməkdaşlıq sənədlərinin hazırlanması da gündəmdə duran məsələlərdəndir.
Jan Slobern daha sonra İran və Lüksemburqun Mərkəzi Bankları arasında əməkdaşlıq sənədinin yekunlaşdırılmasından xəbər verib və deyib: İran regionda böyük bir ölkədir və Lüksemburq və Avropa Birliyi regional problemlərin həllində Tehranın təsirli və mühüm rola malik olduğuna inanır.