Kontr-admiral Səyyari: İranın strategiyası önləyicilik gücünü artırmaqdır
https://azeri.sahartv.ir/news/İran-i259866-kontr_admiral_səyyari_İranın_strategiyası_önləyicilik_gücünü_artırmaqdır
İran Ordusu Hərbi Dəniz Qoşunları komandanı deyib: İranın strategiyası və doktrinası önləyiciliyə əsaslanan müdafiə gücünü yüksəltməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2017 11:16 Asia/Baku
  • Kontr-admiral Səyyari: İranın strategiyası önləyicilik gücünü artırmaqdır

İran Ordusu Hərbi Dəniz Qoşunları komandanı deyib: İranın strategiyası və doktrinası önləyiciliyə əsaslanan müdafiə gücünü yüksəltməkdir.

İSNA-nın məlumatına görə, İran Ordusu Hərbi Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari çərşənbə günü ordunun cənub hərbi dəniz donanmasının toplantısında deyib: İran heç vaxt bir ölkəyə təcavüz fikrində olmayıb, lakin bir ölkə İrana təcavüz etmək fikrində olarsa, peşmanedici cavabı alacaq.

Kontr-admiral Səyyari İranın müdafiə qüdrətinin yüksəlməsi məqsədlərindən birini regionun təhlükəsizliyinin təmin olunması adlandırıb: İran Ordusunun Hərbi Dəniz Qoşunlarının münasib yeri vardır və gün-gündən İranın önləyicilik və müdafiə qüdrəti artmaqdadır.