Fev 15, 2017 17:30 Asia/Baku
  • İnqilab Rəhbəri: Müharibə ilə təhdid ABŞ-ın təkrar fəndidir

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Amerika hərbi təhdid və müharibə fəndini təkrarlamaqla İran İslam Respublikası rəsmilərini həqiqi müharibə səhnəsi yəni iqtisadi müharibəyə yönəltmək istəyir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün Şərqi Azərbaycanın minlərlə inqilabçı kütləsini qəbul ediblər.

İnqilab Rəhbəri 22 Bəhmən yürüşündə xalqın intizamlı, iqtidarlı və əzəmətli iştirakını İnqilab, quruluş və İranın etibar və abırı adlandırıb və İran xalqını alqışlayıblar: Bu il bu əzəmətli iştirakdan təkcə yerli dairlər deyil, inqilab düşmənləri də ötən illərin əksinə olaraq, milyonluq ifadəsindən istifadə edərək bu izzət bəxş edən iştirakı etiraf etdilər.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın öncəki və hazırkı hökumətinin İranı müharibə ilə təhdid etmək fəndinin təkrarlanması üzrə əsas məqsədini belə təhlil ediblər: Bu gün də öncəki kimi masa üzərində hərbi seçimlərin olmasından söz açırlar və o Avropa rəsmisi də İran rəsmilərinə deyir ki, əgər Əhatəli Müştərək Təşəbbüs Proqramı olmasaydı, müharibənin baş verməsi qəti idi. Lakin bu söz ağ yalandır. Onlar bizim fikrimizi əsil müharibə, yəni iqtisadi müharibədən yayındırmağa çalışırlar. Belə ki, ölkə rəsmiləri iqtisadi inkişaf sahəsi və qərblilərin İran xalqı ilə mədəni müharibəsinə diqqət yetirə bilməsinlər. 

MKİ, Mossad və İngiltərənin kəşfiyyat və casusluq qurumunun dayanmadan çalışdığına və İnqilaba və İslam Respublikasına qarşı şərait yaratmaq üçün külli miqdarda neft dollarlarını xərcləməsinə toxunan İnqilab Rəhbəri deyiblər: Bütün il ərzində yüzlərlə peyk telekanalı, virtual portallar və İrandan qaçan müflislər quruluşu təhqir etmək, zəiflətmək və suçlamaqla məşğuldur. Lakin xalqın 22 Bəhmən günündə əzəmətli iştirakı bu çirkin atmosferi təmizləyir və çirkinlikləri məhv edir.

İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikası quruluşunu yararsız göstərmək üçün düşmənlərin səyini puç təbil çalmaq adlandırıb və əlavə ediblər: Düşmən ötən 38 il ərzində görülən çox önəmli işlər və nailiyyətləri görməməzliyə vurmağa və xalqı məyus etməyə çalışır.

Həzrət Ayətullahülüzma Xamenei ötən dörd dekadada bəzi infrastruktur işlərdə İranın nailiyyətlərini heyrlətləndirici adlandırıb və xatırladıblar: Bu nailiyyətlər və sıçrayışlardan bəzisi yüz illik dövrlərdə də adətən qeyri-mümükndür.

Şahlıq rejiminin təhqiramiz dövrü ilə müqayisədə iranlıların milli izzəti və abırını İnqilabın fəxrli nailiyyətlərindən adlandıran İnqilab Rəhbəri buyurublar: Bu gün hamı İran xalqının izzəti, iqtidarı və təyinedici iştirakını etiraf edir və bilir ki, regionun demək olar ki, bütün məsələlərində İranın iştirakı və iradəsi olmazsa, iş irəliləməyəcəkdir.

Həzrət Ayətullahülüzma Xamenei türk, fars, lor, kürd, ərəb və bəluç kimi etnos müxtəlifliyini İran üçün dəyərli fürsət adlandırıb və xatırladıblar: Düşmən həmişə etnos boşluğu yaratmağa göz dikib ki, öz xəyalı ilə ölkədə hər bir boşluq üçün istifadə edə biləcək. Halbuki İranda heç bir boşluq yoxdur və xalq yekdil və vahiddir.

Teqlər