İranın qazma şirkətlərinin region ölkələrində iştirakı zəruridir
https://azeri.sahartv.ir/news/İran-i260192-İranın_qazma_şirkətlərinin_region_ölkələrində_iştirakı_zəruridir
İranın neft nazirinin müavini İranın qazma şirkətlərinin region ölkələrində fəaliyyət göstərmələrini zəruri adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2017 20:10 Asia/Baku
  • İranın qazma şirkətlərinin region ölkələrində iştirakı zəruridir

İranın neft nazirinin müavini İranın qazma şirkətlərinin region ölkələrində fəaliyyət göstərmələrini zəruri adlandırıb.

Həbibullah Bitərəf şənbə günü Tehranda keçirilən 4-cü beynəlxalq qazmaçılıq iclasında deyib: İranın qazma sənayesinin təcrübəsi region və dünya səviyyəsində İran şirkətləri üçün yaxşı baza sayılır.

Bitərəf əlavə edib: Qazmaçılıq neft və qaz yataqlarının istismarı, saxlanılması və qorunmasında mühüm rola malikdir.

İranın neft nazirinin müavini əlavə edib: Qazma sənayesində beynəlxalq əməkdaşlıq atmosferi, dünya iqtisadiyyatının durumu və texniki məsələlər diqqətə alınmalıdır.

4-cü beynəlxalq qazmaçılıq iclası şənbə günü yerli və xarici şirkətlərin iştirakı ilə Tehranda işə başlayıb. İclas 2 gün davam edəcək.