Nüvə Anlaşması, regional və beynəlxalq məsələlər; Zərifin məsləhətləşmələrinin prioriteti
Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının son vəziyyəti, müxtəlif beynəlxalq və regional məsələlər, ikitərəfli danışıqlar İran xarici işlər nazirinin Münhen Təhlükəsizlik Konfransının kənarında keçirdiyi görüşlərin əsas predmeti olmuşdur.
İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransında iştirak edən ölkələrin rəsmiləri və nümayəndələri ilə görüşdə bildirib: İran İslam Respublikası bütün beynəlxalq öhdəlikləri, o cümlədən Nüvə Anlaşması öhdəliyinə sadiqdir və hazırkı şəraiti diqqət mərkəzində saxlayır.
Zərif bu görüşlərdə Avropa Birliyi və Avropa ölkələrindən İranofobiya, region və dünya səviyyəsində yalan qorxunu yaymaqla və qorxu və şübhə şəraitini yaratmaqla mübarizə aparmalarını istəyib.
Ölkələrin rəsmiləri və beynəlxalq təşkilatları nümayəndələri də bu görüşlərdə Nüvə Anlaşmasının əhəmiyyətini və onu dəstəklədiklərini qeyd edib, İranın öz öhdəliklərinə tam sadiq qaldığını, nüvə anlaşmasının regional və qlobal təsirləri, bütün tərəflərin nüvə anlaşmasına tam şəkildə sadiq qalmalarının vacibliyini və İranla ikitərəfli əlaqələrin genişləndirilməsini qeyd ediblər.
Suriya və Yəmən kimi region proseslərin araşdırılması, regionda sülh və stabilliyin qorunması və genişləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlıqların artırılması və terror qruplaşmaları ilə mübarizə Zərifin Münhen Təhlükəsizlik Konfransının kənarındakı danışıqlarının digər predmetlərini təşkil edib.
İran xarici işlər naziri Münhen Təhlükəsizlik Konfrasının kənarında indiyə qədər, Rusiya, Fransa, İngiltərə, İspaniya, İtaliya, Norveç və Türkiyə xarici işlər naziri, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano, Sloveniya prezidenti, Almaniya Xarici Siyasət Komissiyasının sədri, Əfqanıstan prezidenti, İraq baş naziri və Livan, Pakistan və Sinqapur müdafiə nazirləri ilə görüşərək danışıqlar aparıb.
İran xarici işlər naziri 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə cümə günü bu şəhərə səfər edib.