İran Avropa üçün etibarlı ticarət şərikidir
İran İslam Respublikası xarici işlrə naziri bazar ertəsi günü Münhendə Almaniyanın böyük şirkətləri və birliklərinin rəhbərləri ilə keçirilən iqtisadi dəyirmi masada İslam Respublikasının müxtəlif sahələrdə makro iqtisadiyyatı və proyektləri haqda açıqlama verib.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bu dəyirmi masada İran və Almaniyanın tarixi sənaye iştirakını qeyd edib: İran xalqı Almaniya ilə əməkdaşlıqları yaxşı xatırlayır və həmin vəziyyət Almaniya xalqında da müşahidə olunur.
İranın Xarici Diplomatiya İdarəsinin rəhbəri əlavə edib: Avropa heç vaxt İranla iqtisadi və ticarət əməkdaşlığından zərər etməyib, hətta sanksiyalar dövründə də, İran Avropanın özəl və dövlət şirkətləri qarşısında bütün öhdəliklərini yerinə yetirmişdir. Əslində İran ümumilikdə Avropa üçün, xüsusi şəkildə isə Almaniya üçün etibarlı ticarət şəriki olub və olacaqdır.
Zərif Xarici investisiya ilə əlaqədar riskin həcmi haqda sualı belə cavablandırıb: İran iqtisadiyyat və təhlükəsizlik sahəsində yalnız xalqa arxalanır və öz təhlükəsizlik və inkişafını sərhədlərindən kənardan almır. Buna görə, regionun digər ölkələri ilə müqayisədə istənilən iqtisadi əməkdaşlıq üçün risk dərəcəsi minimum şəkildədir.
İran xarici işlər naziri Tehranda Bavariya əyalətinin sənaye və ticarət palatasının yaradılmasını müsbət qarşılayıb və onu İran və Almaniyanın geniş əməkdaşlığı üçün təsirli qurumlardan biri adlandırıb.
Münhen Təhlükəsizlik Konfransının keçirildiyi Bayerişer Hof otelində baş tutan bu dəyirmi masada İranın Almaniyadakı səfiri Əli Macidi də iki ölkənin iqtisadi əməkdaşlığının yüksəldilməsi potensialını 6 milyard avro, yəni hazırkı həcmin minimum ikiqatı adlandırıb.