Fev 21, 2017 13:44 Asia/Baku
  • Laricani: Fələstinin məzlum xalqı ciddi şəkildə dəstəklənməlidir
    Laricani: Fələstinin məzlum xalqı ciddi şəkildə dəstəklənməlidir

"Məzlum Fələstin məzlumluqla üzləşən dünya xalqlarının sırasında ilk yeri alır və ciddi şəkildə dəstəklənməlidir". Bunu İslam Şurası Məclisinin sədri Əli Laricani Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının açışılışında deyib.

İslam Şurası Məclisinin sədri bu konfransda dünya ölkələri rəsmiləri və siyasi şəxsiyyətlərin iştirakını alqışlayıb: Elə bir şəraitdəyik ki, Fələstinin məzlum xalqı daha çox məzlumluqla üzləşib və sionist rejim bu məzlum xalqa təzyiqini artırıb.

Laricani əlavə edib: İsrail beynəlxalq qaydalar və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə etinad etmədən Knessetin qərarı ilə öz məskunlaşdırma siyasətini artırıb.

İran İslam Şurası Məclisinin sədri bildirib: İsrail bəzi islam ölkələrində təxribat törətməklə Fələstin məsələsinin unudulması və əsas düşmənin kənar düşmənlə dəyişdirilməsinə çalışır.

6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransı İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı və 80 ölkədən rəsmilər və siyasi şəxsiyyətlərin iştirakı ilə bu gün Tehranda işə başlayıb.

İslam İnqilabının Böyük Rəhbəri Tehranda İslam Ölkələri Dövlət Başçılarının Sammit Zalına girişi zamanı intifazə şəhidlərinin xatirəsinə ehtiram ediblər.

Bugünkü mərasimdə 80-dən çox heyət və 700 xarici qonaq iki gün müddətinə İran İslam Şurası Məclisinin qonağı olacaq və cümə axşamı günü həmin məkanda Fələstin Müqavimətinə Dəstək Qeyri-Hökumət Təşkilatları və İctimai Təşkilatlarla iclas keçiriləck.

Qeyd edək ki,  İslam İnqilabının 9 may 1990-cı ildə Fələstinə Dəstək qanunun təsdiqlənməsindən sonra 1992, 1997, 2002, 2007 və 2012-ci illərdə Tehranda keçirilib və bu il 6-cı konfrans keçirilir.

Teqlər