İranın Şərqi Azərbaycan və Polşanın Cənubi Siliziya vilayətləri əlaqələri genişləndirməyə maraqlıdırlar
İranın Şərqi Azərbaycan və Polşanın Cənubi Siliziya vilayətlərinin heyətləri birgə iclasda ikitərəfli iqtisadi və ticari mübadilələrin genişləndirilməsi və müştərək həmkarlıq sahələrini araşdırıblar.
IRNA-nın məlumatına görə, İranın Şərqi Azərbaycan və Polşanın Cənubi Siliziya vilayətlərinin iqtisadi heyətlərinin birgə iclası İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi heyətinin Polşaya səfəri zamanı keçirilib.
İki vilayət məhsullarının qarşılıqlı ixracatı, birgə həmkarlıqlar üçün özəl sektorun fəaliyyətinin asanlaşdırılması, ticarət mübadilərinin genişləndirilməsi, eləcə də mədən istehsalı və mədən məhsullarının emalı sahəsində müştərək investisiyalar İranın Şərqi Azərbaycan və Polşanın Cənubi Siliziya vilayətlərinin iqtisadi heyətlərinin birgə iclasının müzakirə mehvərlərindən olubdur.
İranın Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə bu iclasda şirniyyat, konfet, parnik və ərzaq məhsullarının istehsalını İranın Şərqi Azərbaycan və Polşanın Cənubi Siliziya vilayətləri arasında birgə investisiyalar üçün digər münasib zəminlər adlandırıb.
O, deyib: Təbrizin İranda şirniyyat və konfet üzrə əsas istehsalçılardan biri və dünyanın otuza yaxın ölkəsinə məhsul ixracatçısı olmasına görə, iranlı investorlar bu sahədə Polşanın Cənubi Siliziya vilayətində sərmayə yatıra bilərlər.
Polşanın Cənubi Siliziya vilayətinin valisi Sezari Peşbilski də bu iclasda deyib: İki vilayət ticarət həmkarlıqları üçün bir çox imkana malikdir və bu əməkdaşlıqlar günbəgün inkişaf etməlidir.
İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi-ticari heyəti fevralın 21-də Polşaya səfər edibdir.