Vilayət-95 dəniz manevrinin yekun mərhələsi başlanıb
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının "Vilayət-95" adlı manevrinin yekun mərhələsi bu gün səhər bu qoşunların komandanının iştirakı ilə İranın cənub sularında başlanıb.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının "Vilayət-95" adlı manevri Hörmüz boğazından tutmuş Oman dənizi, Hind okeanının şimalı və ekvator xəttindən 10 dərəcə endə yerləşən təqribən iki milyon kvadrat kilometrlik bir ərazini əhatə edir.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Həbibullah Səyyari "Vilayət-95" adlı böyük dəniz manevrinin keçirilməsində məqsədi, İranın sülh və dostluq mesajının region ölkələrinə çartdırılması, müdafiə qüdrətinin yüksəldilməsi, regionun təhlükəsizlik səviyyəsinin artırılması və dəniz terrorçuluğu ilə mübarizə adlandırıb.