İslam inqilabının böyük rəhbərinin iştirakı ilə Həzrət Zəhraya(s) matəm mərasimi keçirilib
Həzrəti Fatimeyi Zəhranın(s) şəhadəti münasibəti ilə dünən gecə islam inqilabının böyük rəhbəri, prezident və digər dövlət rəsmiləri eləcədə xalq kütlələrinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyyəsində matəm mərasimi keçirilib.
Mərasimdə Höccətül-islam vəl-müslimin Pənahian çıxış edərək, müsəlman cəmiyyətin siyasi ünsürləri arasında zalımlarla mübarizə, ədalətsevərlik və şəhadətsevərliyin xüsusi yer aldığını vurğulayaraq deyib: Həzrət Fatimeyi Zəhra(s) cəmiyyətdə siyasi durumu düzəltmək üçün çoxlu fədakarlıqlar nümayiş etdirdi.
Mərasimdə növhə xanlar Həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin matəmində mərsiyələr oxuyublar.
Dünən 1438-ci hicri qəkəri ili Cəmadiüssani ayının 3-ü Böyük islam peyğəmbəri Həzrət Məhəmmədin(s.ə) əziz qızı və şiələrin birinci imamı Həzrət Əlinin(ə) həyat yoldaşı həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü gününə təsadüf edirdi.