İlham Əliyev Tehranda səfərdədir
Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri başlandı.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Tehranın Mehrabad hava limanına daxil olduqdan sonra, Səədabad Saray Kompleksində İran prezidenti Həsən Ruhani tərəfindən rəsmən qarşılanıb. Rəsmi qarşılama mərasiminin ardınca prezidentlərin ikitərəfli görüşünə start verilib.
İlham Əliyevin Tehrana olan bu səfəri ötən 3 ildə 3-cü səfər sayılır.
Azərbaycan və İran prezidentləri iki ölkə arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi yollarını araşdırmaqla yanaşı, öncədən razılaşdırılmış mühüm layihələrin o cümlədən Azərbaycanda dərman və avtomobil zavodlarının quraşdırılması və Şimal-Cənub Nəqliyyat Yolu layihələrinin icrasının sürətləndirilməsinə də təkid edəcəklər.
Ötən 3 ildə İran və Azərbaycan rəsmiləri arasında 120-dən artıq mühüm əməkdaşlıq sənədi imzalanıb. Bu isə əlaqələrin genişləndirilməsində Tehran və Bakının siyasi iradəsinin nə qədər güclü olduğuna dəlalət edir.