İranın nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirdiyi təsdiqlənib
-
İranın nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirdiyi təsdiqlənib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Direktorlar Şurasının fəsillik iclasında bir daha İran İslam Respublikasının nüvə anlaşmasına sadiq qaldığını vurğulayıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin saytının məlumatına görə, agentliyin baş direktoru Yukiya Amano bu gün Direktorlar Şurasının Avstriyanın Vyana şəhərində keçirilən fəsillik iclasının açılış mərasimindəki çıxışında deyib: Agentlik artıq sentrifuqalar və infrastrukturların Fordo Yanacaq Zənginləşdirmə Mərkəzindən yığışdırılması və İranın Nətənz şəhərindəki Yanacaq Zənginləşdirmə Zavoduna köçürülməsini təsdiqləyibdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru sonra deyib: Agentlik nüvə anlaşmasına əsasən, İran tərəfindən elan olunmuş nüvə maddələrinin yayınmaması barədə doğruluğun sınanmasını davam etdirməkdədir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qayda üzrə Direktorlar Şurasının iclasından bir həftə öncə yayılan və şuraya üzv 35 ölkənin nümayəndələrinin ixtiyarına verilən özünün ən yeni hesabatında bildirib ki, İranın 3,67 faizlik zənginləşdirməyə malik uran ehtiyatlarının miqdarı 101,7 kiloqram olaraq, yol verilən səviyyədən daha aşağıdır.
Agentlik ötən bir ildən çox bir müddətdə nüvə anlaşması çərçivəsində İranın nüvə məsələsilə bağlı öhdəliklərin icra prosesinin doğruluğunu sınayıb və ona nəzarət edibdir.
Bu gündən başlanmış Direktorlar Şurasının fəsillik iclası beş gün sürəcək və agentliyin müxtəlif sənədləri, o sıradan "Nüvə təhlükəsizliyinin nəzərdən keçirilməsi-2017", "Nüvə texnologiyasının nəzərdən keçirilməsi-2017", BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, İran İslam Respublikasında agentliyin nüvə nəzarəti və doğruluğun sınanması, Koreya Xalq Respublikasında müahidələrin icrası və agentliyin az zənginləşdirilmiş uran bankının təsisi bu beş günlük iclasda araşdırılan mehvərlərdəndir.
Belə bir halda, CNN informasiya kanalı daxil olmaqla bir çox medianın məlumatına görə, İran ilə dünya qüdrətləri arasında əldə olunmuş nüvə anlaşmasının beynəlxalq səviyyədə himayəsilə üzləşən ABŞ prezidenti Donald Trampın dövləti ilkin ifadələrinin əksinə olaraq, daha nüvə anlaşmasına qarşı bir söz söyləmir.