Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclası öz işinə başlayıb
https://azeri.sahartv.ir/news/İran-i261764-xobreqan_məclisinin_5_ci_dövrünün_2_ci_iclası_öz_işinə_başlayıb
Bu gün Tehranda Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclası öz işinə başlayıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 08:01 Asia/Baku
  • Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclası öz işinə başlayıb
    Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclası öz işinə başlayıb

Bu gün Tehranda Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclası öz işinə başlayıb

İRİB-nin verdiyi məlumata görə, rəhbəri təyin edən Xobreqan Məclisinin rəyasət heyətinin sözçüsü Ayətullah Seyid Əhməd Xatəmi deyib: İclasın gündəliyində olan ilk mövzu bütün üzvlərin iştirakı ilə hazırlanacaq yekun bəyanatdan ibarətdır. 

Ayətullah Xatəmi deyib: Bu iclasda ölkə rəsmilərindən iki nəfər də xalqın güzəranı, müqavimət iqtisadiyyatı və virtual aləm barədə çıxış edəcəklər. 

Rəhbəri təyin edən Xobreqan Məclisinin rəyasət heyətinin sözçüsü deyib: Bu iclasda Xobreqan Məclisi seçkilərinin nizamnaməsinə dəyişiklik müzakirələri davam etdiriləcək. 

Xobreqan Məclisinin 5-ci dövrünün 2-ci iclası sabah yekun bəyanatla sona çatacaq. 

Xobreqan Məclisinin üzvləri həmçinin İmam Xomeyninin(r.ə) məzarını ziyarət edərək İran İslam Respublikasının banisinin amallarına sədaqətlərini təkrar nümayiş etdirəcək, sonra isə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin qəbulunda olacaqlar.