Mart 07, 2017 12:44 Asia/Baku
  • Admiral Səyyari
    Admiral Səyyari

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı deyib: İran müasir hərbi gəmi və raket sistemi istehsal etməkdədir və qərb ölkələrindən təchizatlar idxal etməyə ehtiyacı yoxdur.

İRNA-nın verdiyi məlumata görə, kontr-admiral Həbibullah Səyyari dünən axşam Qorqan şəhərində İranın dəniz qoşunlarının müasir təchizatlara malik olduğunu vurğulayaraq deyib: Çox az sayda ölkə hərbi gəmi istehsal edə bilir və İran bu gün öz potensiallarına sövkənərək buna qadir olub. Bu da düşmənlər üçün inanılmaz məsələdir. 

Kontr-admiral Səyyari deyib: İranlı mütəxəssislər sualtı gəmi istehsal etməkdədirlər. 

İran ordsunun dəniz qoşunlarının komandanı İranın dəniz qoşunlarının Hind okeanından tutmuş Somaliyədək beynəlxalq sularda öz missiyalarını həyata keçirməkdə olduqlarını bildirərək deyib: İran beynəlxalq sularda fəaliyyətə malik olmasaydı, regionda təhlükəsizlik təmin olunmayacaqdı. 

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı ən əsas ixracat və idxalatın dəniz yolu ilə həyata keçdiyini xatırladaraq deyib: İrandan 2500 kilometrlik məsafədə dəniz quldurları qarşısında müqavimət göstərilməzsə, İran üçün iqtisadi təhlükəsizlik reallaşmayacaq. 

Kontr-admiral Səyyari dünyanın İranı regionda güclü bir ölkə kimi tanıdığını bildirərək deyib: Bu iftixar gənclərə etimad sayəsində əldə olunub və gənclər himayə olunursa, bütün məhsulların İran daxilində istehsalı mümkündür. 

Teqlər